Fransanın daxili işlər naziri Jerar Darmanin Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib.
Globalinfo.az xəbər verir ki, nazir yerli telekanallardan birinə müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” günahlandırıb.
Daxili işlər naziri iddia edib ki, etiraz aksiyası keçirən müstəqilik tərəfdarları guya Azərbaycanla hansısa “razılaşma” əldə edib.
Qeyd edək ki, mayın 13-də Fransa parlamenti Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransız vətəndaşlara yerli seçkilərdə səsvermə hüququnun tanınmasına səs verib. Bu addım ərazidə yerlilərin gücünü zəiflədilməsi və söz sahibi olmasının qarşısının alınmasına cəhd kimi qiymətləndirilir. Səsvermədən sonra ada kütləvi etirazlar başlayıb.
Aksiyalarda iştirak edən 200-dən çox müstəqillik tərəfdarının həbs edildiyi, 64 jandarm və polis əməkdaşının yaralandığı bildirilir.
Fransa mətbuatında hökumətin adaya ordu yeritdiyinə dair məlumatlar var.
Ayşən Mustafa
Globalinfo.az














