Balasanyana Azərbaycanla bağlı sual – Cavabı belə oldu

Balasanyana Azərbaycanla bağlı sual - Cavabı belə oldu

“Hazırda İrəvanda keçirilən aksiyalara qoşulduğumu və yepiskop Baqrat Qalstanyanı dəstəklədiyimi bəyan etdim”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan aksiyalar zamanı jurnalistlərə açıqlamasında deyib.

Balasanyan sərhədlərin demarkasiyası və Azərbaycanın tələbləri ilə bağlı sualları cavablandırmaqdan yayınıb və jurnalistlərdən daha sual verməməyi xahiş edib.

“Ümumiyyətlə, beynəlxalq təcrübə, hüquq və normalar var. Hər bir dövlət bu hüquq və normaları rəhbər tutmalıdır. İndiki prosesdə bunların nəzərə alınıb-alınmadığını səlahiyyətli şəxslərdən soruşun”, – Balasanyan deyib.

Ayşən Mustafa
Globalinfo.az