
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasında başlayan yanğınla bağlı TƏBİB məlumat yayıb.
Qurumdan Globalinfo.az-a bildirilib ki, saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə çağırış daxil olub.
Hadisənin miqyası nəzərə alınaraq, əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilib.
Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasında yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.
Əlavə məlumat veriləcək.