Lukasenko

Mayın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

373646c42e3fd1b165719998dd687c6291755b82 2f58 3fff 9466 a1bec4d0d83f 850 jpg

Aleksandr Lukaşenkonu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri – Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.

*** 18:58

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlir.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Belarus dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.

İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.

Danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.

Paylaş: