“Sizi tərk etməyəcəyik, məyus olmayacaqsız. Biz sizdən güc alırıq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan xalqa müraciətində deyib.
“Biz sizi heç vaxt məyus etməyəcəyik. Bu, ən böyük və ağır məsuliyyətdir. Biz böyük ailə olaraq birlikdə hərəkət etməliyik. Gücümüzü sizdən alırıq. Onlar süni şəkildə hərəkatın zəiflədiyini söyləməyə davam edirlər. Amma hərəkat zəifləməyəcək. Xüsusilə gənclərin etirazlara qoşulması bizə böyük güc verir”, – Qalstanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az