Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Birinci Kanalı məlumat yayıb.
Məlumata görə, etiraz aksiyasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan və xırda xuliqanlıq edən 13 nəfər saxlanılıb.
Gürcüstan polisi həmçinin müxalifətçi David Katsaravanı da vəhşicəsinə döyüb.
O, polis tərəfindən saxlanılıb və döyülüb.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır.
Müşviq Tofiqoğlu
Globalinfo.az