Biz Qərbi Azərbaycanıq, yoxsa Ermənistan? – Danielyan

Biz Qərbi Azərbaycanıq, yoxsa Ermənistan? - Danielyan

“Bu gün bizim bir problemimiz var: Qərbi Azərbaycan, yoxsa Ermənistan olmalıyıq?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

Deputat sülh üçün Ermənistanın daxilində həll edilməli məsələlərin olduğunu bildirib:

“Məqsədimiz sülhsevər, ləyaqətli və həqiqi Ermənistana sahib olmaqdır. Biz indikiləri, əvvəlkiləri, ümumilikdə hamını bir məqsəd ətrafında birləşdirəcəyik. Öz evimizi qaydaya salmaqla bağlı problemimiz var. Nə vaxt evimizi qaydaya salsaq, o zaman qonşularımızla sülh, ləyaqət içində bir yerdə yaşaya bilərik. Biz Ermənistanı seçirik”.

Ayşən Mustafa
Globalinfo.az