“Rusiya Ukrayna Silahlı Qüvvələrinin hücumlarının qarşısını almaq üçün Xarkov vilayətində bufer zona yaratmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Şərqi Avropa üzrə ekspert, İnsbruk Universitetinin professoru Gerard Manqott deyib.
Onun sözlərinə görə, Rusiya ordusu hazırda Xarkov yaxınlığında güclü hücum əməliyyatı keçirir:
“İnfrastruktur obyektləri yüksək dəqiqlikli zərbələr nəticəsində məhv edilir. Məqsəd Rusiyanın sərhəd bölgələrini qorumaq üçün bufer zonası yaratmaqdır”.
Safura Bənnayeva
Globalinfo.az














