ABŞ İsrailin Rəfahı işğal etməməsi müqabilində Təl-Əvivə yardım etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, “Washington Post” qəzeti öz mənbələrinə istinadən məlumat paylaşıb.
Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə HƏMAS-ın liderlərini və gizli tunelləri tapmağa kömək edəcək.
Eyni zamanda Vaşinqton məxfi kəşfiyyat məlumatlarını Təl-Əvivə ötürməyə hazırdır.
Yalnız bunun müqabilində İsrailin Rəfahdakı genişmiqyaslı əməliyyatlardan imtina etməsi tələb olunur.
Müşviq Tofiqoğlu
Globalinfo.az














