
Gürcüstanın paytaxtı Tbilisidə xarici agentlər haqqında qanuna zidd yürüşlər başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Aksiyanın qeyri-hökumət təşkilatları tərəfindən planlaşdırıldığı qeyd edilir.
Etirazçılar şəhərin dörd bir tərəfindən toplaşaraq Avropa Meydanına doğru irəliləyirlər.
Qeyd edək ki, daha öncə hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə keçirilən kortəbii etiraz aksiyası zamanı bir neçə nəfəri saxlayıblar.
Müxalif bloger Uçi Abaşidze qanunsuz silah saxladığına görə həbs edildikdən sonra onun tərəfdarları Çavçavadze prospektini bağlamağa çalışıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az