66351a2a6832d66351a2a6832e171475613866351a2a6832b66351a2a6832c

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək komandalara öz heyətlərinə 26-ya qədər futbolçu daxil etməyə icazə verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qərar bu gün qurumun icraiyyə komitəsi tərəfindən qəbul edilib.

Millilər turnirə minimum 23 oyunçu daxil edə biləcəklər.

Komandalar iyunun 7-dək oyunçu siyahılarını təqdim etməlidirlər.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Paylaş: