“İranla sərhəddə də PKK ilə mübarizə aparırıq, lakin onların yanaşması bizim üçün heç xoş deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər CNN Türk-ə müsahibəsində deyib.
Türkiyəli nazir İranın terrorçularla bağlı mövqeyini tənqid edib:
“İranlı dostlarımızla danışırıq. Deyirik ki, baxın qardaşlar, PKK terrorçuları sərhədin bu nöqtəsindən sizin ərazinizə keçdilər. Biz PUA-lar vasitəsilə onları izləyirik. Tehran rəsmiləri isə deyirlər ki, həmin ərazilərə baxıblar və orada heç kimi görməyiblər. Bu heç də xoş yanaşma deyil. Təbii olaraq biz narahatıq”.
Ayşən Mustafa
Globalinfo.az














