MAQATE-nin 130-dan çox müfəttişi İranda işləmək üçün icazə alıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
Məlumata görə, MAQATE-nin baş direktoru Rafael Qrossi mayın 6-7-də İrana səfər edəcək və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşəcək.
“İranın nüvə obyektlərinin təftişi davamlı olaraq həyata keçirilir”, – deyə İslami vurğulayıb.
Qeyd edək ki, daha öncə MAQATE İranın zənginləşdirilmiş uranın hasilatını 60 faizə çatdırdığını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az














