“Ermənistanı daha da alçaldılmış görmək istəmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu müharibədə məğlub olan Ermənistan ordusunun əsgəri İşxan Gevorkyan deyib.
O, hökumət binası qarşısında oturaq aksiya keçirərək Ermənistan hakimiyyətinə etiraz edib.
“Hökumətin addımları ilə razı deyiləm. Hesab edirəm ki, onların həyata keçirdiyi tədbirlər konstitusiya quruluşunu devirməyə hesablanıb. Bütün bunlar daha böyük risklərə və təhlükəsizlik problemlərinə səbəb olacaq”, – Gevorkyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az