3939b32a 939d 3bca a9ec 0c7845e9e427 850

“Xarici agentlər haqqında qanun yalnız ölkənin Avropaya inteqrasiyasını sürətləndirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bildirib ki, zehni inqilabi proseslərin qarşısı alınsa belə, bu, prosesi sürətləndirəcək.

O, Gürcüstan polisini mitinq iştirakçılarına qarşı səbirli olmağa çağırıb.

“Biz hüquq-mühafizə orqanları əməkdaşlarını maksimum səbir göstərməyə çağırırıq. Başa düşürük ki, zorakılığa və təhqirlərə reaksiya verməmək asan məsələ deyil. Lakin mən etirazçıların zorakı və qanunsuz hərəkətlərinə maksimum səbrlə cavab verməyi xahiş edirəm”, – Kobaxidze vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: