1106f9ce 43e0 3646 9e8e 96b7d1966821 850

Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-nin “Politico” qəzetinə müsahibəsində deyib.

“Ermənistanın coğrafiyası o deməkdir ki, o, Rusiya ilə tarixən və praktiki olaraq o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər”, – o deyib.

Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”.

Paylaş: