Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Komanda F qrupunun sonuncu – 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.
Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.
Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında ikinci hissə başlayıb.
İlk yarı Mərakeşin 2:1 hesablı üstünlüyü ilə bitib.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında ilk hissə başa çatıb.
İlk yarı Mərakeşin 2:1 hesablı üstünlüyü ilə bitib.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab dəyişib.
Qarşılaşmanın 41-ci dəqiqəsində mərakeşli Ager avtoqola imza atıb.
Oyunda hesab Mərakeşin xeyrinədir – 2:1.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab dəyişib.
Qarşılaşmanın 23-cü dəqiqəsində En Nesiri Mərakeşin ikinci qolunu vurub.
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab açılıb.
Qarşılaşmanın 4-cü dəqiqəsində Hakim Ziyeş Mərakeşi hesabda önə çıxarıb.
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçı start götürüb.
Qarşılaşma saat 19:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Komandalar matça aşağıdakı onbirliklərlə başlayacaqlar:
Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin
Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.















