1200x675 cmsv2 78ffb680 f961 531e 977c 28e23cb4027f 8237460

“Zaporojye Atom Elektrik Stansiyasında nüvə qəzasının baş vermə ehtimalı real olaraq qalır”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, stansiyanın altı reaktorunun soyuq dayanma rejimində olmasına və MAQATE-nin tövsiyəsi ilə sonuncu enerji blokunun da bu rejimə keçirilməsinə baxmayaraq, böyük nüvə qəzası təhlükəsi realdır.

“Nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq. Biz özündən razı olmamalı və zərərli qərarların qəbuluna icazə verməməliyik. Bu gün qəza riskini minimuma endirmək üçün əlimizdən gələni etməliyik”, – MAQATE rəhbəri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: