Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “X” hesabında məlumat verib.
“Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, – deyə Tokayev yazıb.