tik

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.  

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

***16:59

miri

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs məsuliyyətə cəlb edilib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, internetdə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb.

Bu səbəbdən onun haqda İnzibati Xətalar Məcəlləsinin 388-1.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilib, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Adıçəkilən gənc əsasən TikTokda açdığı canlı yayımlarda qız səsi ilə danışaraq müxtəlif şəxslərə zəng edib. Onun bu əməli isə istifadəçilərin hissləri ilə oynamaq kimi qiymətləndirilib.

Məhkəmənin qərarı ilə M.Mirələmzadə 1 aylıq inzibati qaydada həbs edilib.

Paylaş: