wide 16 9 dad8008e6e3a37fa428a604679e56ffa

23:05

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında insanların kütləvi toplaşdığı məkanda terror aktı törədilməsinin qarşısını alıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, terakt planını Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər hazırlayıb.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti Stavropol vilayətində terrorçuların izlənilməsi və saxlanılması ilə bağlı əməliyyat görüntüsünü nümayiş etdirib.

Bir dəqiqəlik videoda şübhəlilərin nəzarət altında olduğu görünür. Hücum edənlərin saxlanıldığı an da kameralara həkk olunub.

Saxlanılan şəxslərin yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər götürülüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: