Avetik Chalabyan in court 1 scaled 1

“Ermənistanda insanlar Rusiya ilə düşmənçiliyin nə demək olduğunu tam başa düşmürlər”.

Globalinfo.az xəbər verir ki, bunu “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

O bildirib ki, Ermənistan və Rusiya münasibətləri pisləşən tərəfdaşlardır. Lakin bu, düşmənçiliklə nəticələnə bilər.

Çalabyanın sözlərinə görə, Rusiyanın Ermənistanla viza rejimini dayandırması mümkündür. Bu halda on minlərlə insan Rusiyaya işləmək üçün gedə bilməyəcək.

“Rusiya güc tətbiq etmədən Ermənistanı iqtisadi cəhətdən boğa bilər. Amma Moskva hələlik gərginliyi artırmamağa çağırır”, – Çalabyan qeyd edib.

Erməni siyasətçi Qərb-Rusiya münaqişəsinin ən kəskin mərhələdə olduğunu xatırladıb. 

“Qərbi Ermənistan yox, öz təhlükəsizlikləri maraqlandırır. Onlar Rusiya qarşısında üstünlük əldə etməyə çalışırlar. Bu, bizim məğlubiyyətlərimizə gətirib çıxarır. Çünki Qərblə istənilən razılaşma Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olur. Qərbdən fərqli olaraq, Rusiya regionda hərbi güclə təmsil olunur. Üstəlik, burada Qərbin deyil, Rusiyanın müttəfiqi olan İran yerləşir. Odur ki, Qərblə Rusiya arasındakı oyun bizim üçün təhlükəlidir. Buna görə də, biz Rusiya ilə münasibətlərin daha da pisləşməsinə səbəb olacaq addımlar atmamalıyıq”, – deyə Çalabyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: