“Krokus”da ölənlər Müslümün mahnısı ilə yad edildi – FOTO/VİDEO

“Krokus”da ölənlər Müslümün mahnısı ilə yad edildi - FOTO/VİDEO

Rusiyanın Moskva vilayətində “Krokus Siti Holl” konsert zalının divarları yaxınlığında toplaşan yüzlərlə insan baş verən terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Globalinfo.az xəbər verir ki, ölənlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir.

Binanın divarında uçan durnalar proyeksiyası əks olunub.

Tədbirdə Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin “Durnalar” mahnısı səslənir.

Qeyd edək ki, konsert zalı Müslüm Maqomayevin adını daşıyır. Maqomayev Rəsul Həmzətovun şeirləri əsasında insanların ölümdən sonra qazandığı ölümsüzlük ümidindən bəhs edən bu mahnını ifa etməsi ilə tanınıb.

“Krokus”da ölənlər Müslümün mahnısı ilə yad edildi - FOTO/VİDEO “Krokus”da ölənlər Müslümün mahnısı ilə yad edildi - FOTO/VİDEO