İrəvanda silahlılar polis bölməsinə hücum etdi: yaralılar var – VİDEO

İrəvanda silahlılar polis bölməsinə hücum etdi: yaralılar var - VİDEO

Ermənistanın paytaxtı İrəvanda 3 nəfər silahlı şəxs polis bölməsinə hücum ediblər.

Globalinfo.az xəbər verir ki, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.

İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb və yaralılar var.

Ermənistanın Daxili İşlər Nazirliyi bildirib ki, silahlılardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb.

Qumbara ilə silahlanmış bir nəfər isə hələ də şöbədə qalır.

Polis binasına xüsusi təyinatlılar və qırmızı beretlər yerləşdiriləcək.

“Döyüş Qardaşlığı” təşkilatı İrəvanda polis idarəsinə hücumda iştirakını inkar edir.

İlkin məlumata görə, polis idarəsinə hücum edənlər “Sasna Tsrer” təşkilatının üzvləridir.