Teraktda həlak olanların yaxınlarına pul veriləcək

Teraktda həlak olanların yaxınlarına pul veriləcək

“Krokus Siti Hol”da törədilən terror aktında həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) veriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.

Həmçinin valideynləri həmin terrorda ölən uşaqlara aylıq ödənişlər ediləcək.