IMG 20240323 110107 898

Bakı sakinləri Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına gül dəstələri gətirməyə başlayıblar.

Globalinfo.az bildirir ki, onlar Moskvada “Krokus Siti Holl” konsert kompleksində törədilən terror hücumunda həlak olanların yaxınlarına dəstək nümayiş etdirir.

Xatırladaq ki, dünən Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus Siti Holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 147 nəfər yaralanıb.

Q6FOElpp1FkYnfgeEKTSa4BRT9FsBLvYcZnQyBPJ S8Mwv2uE6NrWnq59TKVmvfst7QP3ZIXeYICV2azb 6N5BDouTy2cQB0mBJiQ5lNPb4DP6GKv3WA7LMPbG

Paylaş: