Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Uruqvay Senatının komitə sədri Xose Karlos Maqiya ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, eləcə də regionda davamlı sabitliyin bərqərar olunmasına yönələn münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr aparıb.
O, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönələn saziş layihəsindəki əsas məsələləri təqdim edib.
Əliyar Xəlil
Globalinfo.az