65f9eae78be2565f9eae78be26171087741565f9eae78be2365f9eae78be24

Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda dağ uçqunu baş verib.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, gün ərzində muxtar respublikada intensiv yağan yağışlar nəticəsində dağ uçqunu qeydə alınıb.

Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.

65f9eae77d3ef65f9eae77d3f0171087741565f9eae77d3ec65f9eae77d3ee 65f9eae7730ae65f9eae7730af171087741565f9eae7730ac65f9eae7730ad

Paylaş: