Ukrayna Böyük Britaniyadan yüksək dəqiqlikli “Brimstone-2” raketləri alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Birləşmiş Krallığın Müdafiə Nazirliyi raketlərin yola salınmasını əks etdirən video paylaşıb. Bildirilib ki, bir raketin dəyəri 175 000 funt-sterlinqdir. Lazer tuşlama sistemli silahlar hədəfi 60 kilometrədək məsafədən məhv edə bilir.














