befunky collage 2024 03 08t105808 733.thumb

ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın iki gün ərzində Moskvada terror aktlarının baş verə biləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi də ABŞ-ın verdiyi xəbərdarlığı rəsmi saytında dərc edib.

“Səfirlik yaxın vaxtlarda Moskvada insanların kütləvi toplaşdığı yerlərə, o cümlədən konsertlərə hücum planlarının hazırlanmasına dair yayılan xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük izdihamlardan uzaq durmaq tövsiyə olunur” , – ABŞ diplomatik missiyasının bəyanatında deyilir.

Səfirliyin rəsmi saytında xəbərdarlığın sadəcə ingilis dilində olması, rus versiyasında yayımlanmaması diqqət çəkib.

Rusiya Xarici İşlər Nazirliyi hələlik bu məlumatı şərh etməyib. Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Moskvada onlarla bayram tədbiri nəzərdə tutulub.

Xatırladaq ki, ötən gün ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Vaşinqtonun anti-Rusiya proqramları həyata keçirən 3 QHT-ni dəstəklədiyinə görə etiraz notası təqdim edilib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: