57f5ec72 9d68 32c7 a835 0579f8ed5cdb 850

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan futbol qarşılaşması ilə əlaqədar olaraq bəzi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

***

Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində məhdudiyyət tətbiq edilib.

Paylaş: