85aaa98a aeb2 43ef 835d 1f8f917b3c85

“Sevda Sultanova bu həyatda mənim ən sevdiyim insan, ən yaxın rəfiqələrimdən biridir. Dünən rejissor Kamran Şahmərdanın ona qarşı təhqiramiz hücumundan sonra hələ də özümə gələ bilmirəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri yazıçı Samirə Əşrəf qeyd edib.

O bildirib ki, Sevda Sultanova bu günə qədər yazıları, mövqeyi ilə nə qədər insanın düşüncəsini dəyişib, nə qədər oxucuya kinonu, Berqmanı, Viskontini, Bunueli, Mikelancellonu tanıdıb və sevdirib:

“Yazılarında ləyaqət, cəsarət, istedad nümayiş etdirib. İndi bir ayağı burda, bir ayağı orda burda olan Namərdan insanların qarşısında Sevdanı təhqir edir, nalayiq sözlər deyir. Sevdanın qardaşı Birinci Qarabağ müharibəsinə könüllü yollanaraq orada şəhid olanda Kamrankimiləri harda idilər? Canımız, qanımız, gəncliyimiz bahasına qurulan bu dövlətdə Kamrankimilər quldurluq edə bilməzlər! Edirlərsə, bunun cəzası mütləq olmalıdır.

Bundan başqa, bir qələm adamına qarşı bu cür təhqiramiz münasibət yolverilməzdir. Ümid edirik ki, məsələ hüquqi həllini tapacaq, bu cür məlum şəxslər cəzalanacaq ki, daş altında yatanlara da görk olsun. Sevda, möhkəm ol. Səninləyik!”

Qeyd edək ki, rejissor Kamran Şahmərdan uzun müddətdir Finlandiyanın İmatra şəhərində yaşayır. “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Bakıya gəlib.

Kinotənqidçi ilə rejissor arasındakı hadisə ötən gün axşam saatlarında festival çərçivəsində baş verib. Rejissor Kamran Şahmərdan Sevda Sultanovaya qarşı təhqiramiz ifadələr işlədərək hücum edib.

Paylaş: