
Martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Emrənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
S.Papikyanla birlikdə Müdafiə Nazirliyinin bir sıra nümayəndələrinin də səfərdə iştirak etdiyi bildirilib.
Xatırladaq ki, bundan öncə Fransa və Yunanıstanın müdafiə nazirləri Ermənistana səfər ediblər.
Əliyar Xəlil
Globalinfo.az














