Medvedev 13 il sonra etiraf etdi: Obamadan soruşdum, dedi ki…

Medvedev 13 il sonra etiraf etdi: Obamadan soruşdum, dedi ki...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Ərəb baharı” zamanı ABŞ-ın o zamankı prezidenti Barak Obama ilə arasında keçən dialoqdan danışıb.

Globalinfo.az xəbər verir ki, Medvedev iğtişaşlar zamanı Obama ilə regionda və Suriya ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib.

Rusiya rəsmisi Barak Obamanın həmin vaxt onun sualına verdiyi səmimi cavabı unutmadığını deyib:

“Ərəb baharı” başlayanda Obamadan soruşdum: “Qulaq as, tutaq ki, siyasi rejimin və ölkəni idarə edən insanların dəyişməsinə nail oldun. Bəs sonra nə edəcəksən? Planınız nədir?”. O isə mənə çox səmimi bir şəkildə cavab verdi: “Bilmirəm, biz o qədər irəlini düşünməmişik”. Onun cavabı çox aydın idi”.

Xatırladaq ki, Dmitri Medvedev 2008-2012-ci illər arasında Rusiya prezidenti vəzifəsini icra edib. 2010-cu ildə isə ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar etirazlar başlayıb. Bu etirazlar daha sonra geniş vüsət alıb və “Ərəb baharı” adlandırılıb.

Ayşən Mustafa
Globalinfo.az