DÇ-2022: Fransa Danimarkanı məğlub etdi

DÇ-2022: Fransa Danimarkanı məğlub etdi

Fransa millisi Danimarkaya 2-1 qalib gələrək qrupdan çıxmağı qarantilədi.

***

Mbappe 86-cı dəqiqədə Fransanı hesabda yenidən irəli çıxardı: 2-1.

***

Kristensen 68-ci dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.

***

Mbappe matçın 61-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa – Danimarka matçında ikinci hissə başlayıb. 

Qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa – Danimarka matçında ilk hissə başa çatıb. 

Qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda Fransa – Danimarka matçı başlayıb.

Polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.