rusiya ermenistan

Ermənistan Xarici İşlər Nazirliyi televiziya yayımı müqaviləsini pozduğuna görə Rusiyaya nota göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.

Məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya kanallarının ölkə ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulmasına görə rusiyalı həmkarlarına nota verib.

Erməni deputatın sözlərinə görə, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir.

Ayrapetyan bildirib ki, Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında dövlətlərarası sazişin təkmilləşdirilməsinə ehtiyac var.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: