8507caccf5574f6699f22ab6893605f1

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “QazaqGaz” Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Globalinfo.az SOCAR-a istinadən xəbər verir.

Söhbət zamanı SOCAR ilə “QazaqGaz” arasında əməkdaşlığın inkişaf perspektivlərinə, nəzərdə tutulan layihələrin icrasını həyata keçirmək məqsədilə işçi qruplarının yaradılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşün yekununda SOCAR və “QazaqGaz” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Memorandum, həmçinin tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcək.

13a3dd57 bbfd 37b0 8c38 b1233703055e a3ed657d 53af 3f53 b579 c7303dcb4a85 d40b185c 449e 3455 8f75 8bbd3ad365c0 e33969bc 48c1 353f 8829 444e17515fd5

 

Paylaş: