65d75b98c231965d75b98c231a170861250465d75b98c231665d75b98c2318

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslərə xəbərdarlıq edib.

İdarədən Globalinfo.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir ki, radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq:

“Avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

65d75b98ae24e65d75b98ae24f170861250465d75b98ae24c65d75b98ae24d

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır”.

Paylaş: