baki moskva 1

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının ikinci ili tamam olur.

Bu sənəd Rusiya ilə Azərbaycanın münasibətlərində nə kimi rol oynayıb?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan ilə Rusiya arasında imzalanan müttəfiqlik müqaviləsi bizə çox böyük dividentlər qazandırıb:

“Öncə müqavilənin imzalandığı geosiyasi mənzərəyə nəzər yetirmək lazımdır. Rusiya bu bəyannaməni imzalayarkən qlobal müharibə ərəfəsində idi. Söhbət Ukrayna müharibəsindən gedir.

Kreml müharibənin yarada biləcəyi ehtimal risklərin Cənubi Qafqaza sıçramaması, habelə rəsmi Bakı ilə münasibətlərin pozulmaması üçün belə bir addım atdı. Çünki Qərb Azərbaycan üçün də bəlli bir ssenari hazırlamışdı. Amma Prezident İlham Əliyevin siyasi prosesləri düzgün qiymətləndirməsi kontekstində rəsmi Bakı bu risklərdən yayındı.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan bu müqavilə ilə Cənubi Qafqazdakı təhlükəsizliyini təmin etdi. Bu müqavilə ilə Azərbaycan həm də Rusiya təhdidindən yayındı. Yəni həm ehtimal təhdidlərin qarşı alındı, həm də müttəfiq olundu.

Başqa önəmli məqmalardan biri də müqaviləyə görə müəyyən hərbi əməliyyatlar keçirə bildik. Belə ki, Rusiya əvvəlki illərdən fərqli olaraq hərbi prizmadan çıxış etmədi. Onu da deyim ki, bu müttəfiqlik üçüncü bir ölkəyə qarşı deyildi.

Moskva bəyannaməsi regional maraqlar baxımından diqqət çəkir. Belə ki, Türkiyə ilə Rusiya arasında müəyyən sazişlər var. Rəsmi Bakı həm də iki ölkə münasibətlərinin normal səviyyədə qalmasında vasitəçi ölkə kimi çıxış edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: