İrəvandan Kamil Zeynallı haqda “təcili” açıqlama

İrəvandan Kamil Zeynallı haqda "təcili" açıqlama

“Rusiyada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallının İrəvana təhvil verməsi üçün nəzərdə tutulan sənədlər hələ Moskvaya göndərilməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kamil Zeynallı Rusiyada qalmalı idi. Ermənistan ekstradisiya ilə bağlı sənədlər paketini Rusiya hüquq-mühafizə orqanlarına verəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, Kamil Zeynallı artıq Azərbaycanda olduğu üçün İrəvanın Moskvaya göndərəcəyi “sənəd” risk daşımır.

Xatırladaq ki, ötən gün azərbaycanlı idmançı Kamil Zeynallı Rusiyada hava limanında saxlanılıb. Ermənistan Daxili İşlər Nazirliyi onun İrəvan tərəfindən beynəlxalq axtarışa verildiyini elan edib.

Daha sonra Kamil Zeynallı rəsmi Bakının dəstəyi ilə azadlığa buraxılıb və ölkəyə qayıdıb.

Ayşən Mustafa
Globalinfo.az