1697384290 bf72c3ebd25e6c0457ea353623c84651


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarı bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etməsi diqqət çəkir.
Son illərdə ŞKTR-nın müstəqilliyinin tanınması istiqamətində mühüm addımlar atılıb. Hətta Ərsin Tatarın ölkəmizə səfəri də bu baxımdan diqqət çəkirdi.

ŞKTR-nın müstəqil dövlət kimi tanınmas planı baş tutacaq? İlham Əliyev ŞKTR-ni arzulanan hədəfə çatdıra biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevraldan-növbədənkənar Prezident seçkisindən sonra xarici ölkəyə rəsmi səfərini Türkiyə Respublikasına etməsi çox böyük önəm daşıyırdı. Bu səfər dünya siyasətçiləri və hər iki ölkə ictimaiyyəti tərəfindən maraqla izlənilirdi:

“Ona görə ki, görüşün mühüm müzakirələri, regionun taleyinə təsir edəcək bəyanatlarla zəngin olacağı gözlənilirdi. Məhz bu xüsusiyyətləri qeyd edərək İlham Əliyev görüş barədə ilk təəssüratını mətbuat konfransı zamanı səsləndirdi: “Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir.

sekil ankara

19 fevral 2024-cü il. İlham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşüb

Bu, təbiidir, bu bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.” Prezidentimiz “əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik” dedi. Biz isə qeyd edirik ki, iki qardaş ölkənin prezidentləri nəinki əcdadlardan qalan ənənələri yaşadır, hətta özləri gələcək nəsillər üçün “ənənə” əhəmiyyəti kəsb edəcək hadisələr yaradırlar. Biz bu dahi şəxsiyyətin hər görüşündə qeyd etdiyimiz xüsusiyyətin şahidi oluruq.

Görüşdən əldə edilən nəticələrə həsr olunmuş mətbuat konfransında həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyev çıxış etdi. Çıxışlar qısa və lakonik idi. Adama elə təsir bağışlayırdı ki, əsas tezislər elə Türkiyə və Azərbaycan münasibətlərini əhatə edəcək. Amma İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dahiliyi elə ondadır ki, onlar qısa bəyanatlar yolu ilə çox böyük mesajlar verməyi bacarırlar. İlham Əliyev cavab nitqində Türkiyə Respublikasının Azərbaycan üçün ifadə etdiyi mənanı ən ciddi kəlmələrlə izah etdi: “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq.” Bu qısa mesaj Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə xalqına ünvanlanmışdı. Amma Azərbaycan və Türkiyəyə qarş dayananlar da bu mesajdan öz paylarını götürməli və iki qardaş xalqın arasını vurmaqdan əl çəkməli idilər”.

prez ersin

14 oktyabr 2023-cü il. İlham Əliyev Ersin Tatarı qəbul edib

Politoloq deyib ki, İlham Əliyevin mesajları bununla bitmir:

“Onun region dövlətlərinə, xüsusilə Ermənistana və onun arxasında dayanan dövlətlərə ünvanlanan mesajları da var:

“Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin dediyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.”

Bu bəyanatlar həm də onun göstəricisidir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və strateji əməkdaşlığının əhatə dairəsi hər keçən gün öz sərhədlərini daha da aşır. Bu gün iki dövlətin cəhdi ilə meydana gələn bu tarixi əməkdaşlıq sabah bütün Türk dünyasını əhatə edəcək. Məhz ona görə də hazırda bu ittifaqa qarşı çıxanlar gələcək haqqında düşünsələr daha yaxşı olar. Çünki sabah həmin dövlətlə bu əməkdaşlığın qarşısında maneələr yaratmağın cavabını verəcəklər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: