Estoniyanın baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Reuters“ə müsahibəsində danışıb.
“Bu addım məni qorxutmaq məqsədi daşıyır ki, oxşar qərarlardan çəkinməyə çalışsın. Belə bir qərar məni təəccübləndirmədi və qorxutmadı” – qeyd edib.
O, həmçinin bu qərarı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi kimi Josep Borreli əvəz edə biləcəyi ilə bağlı şayiələrlə əlaqələndirib.
Fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası axtarışa verib. Məlumat bazasında onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğunu göstərilir.














