maxresdefault 2

“Nerkin-And kəndinin sakinləri ilə danışdım, ilk sərhəd pozuntusu bizim tərəfimizdən olub”.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülkü Müqavilə” partiyasından olan deputat Akop Aslanyan deyib.

O, Sünik (Zəngəzur – red.) vilayətinin Nerkin-And kəndindən Azərbaycan tərəfinə cavab verilməməsi ilə bağlı iradı belə cavablandırıb:

“Bizim tərəfimizdən hansısa tədbirlər görməyə ehtiyac yoxdur. Çünki indi genişmiqyaslı müharibədə iştirak etmək istəmirik və buna hazır deyilik. Üstəlik, bildiyimə görə, bu insident bizim günahımızdır. Mən sakinlərlə danışdım. Birinci qayda pozuntusu bizim tərəfimizdən olub. İndi biz heç bir halda vəziyyəti gərginləşdirməməliyik. Bizə əlavə 1-2 il lazımdır ki, əyilən qamətimizi düzəldək. Bundan sonra türklərlə (Azərbaycan – red.) başqa cür danışarıq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: