1669315247 637fb355dead6637fb355dead71669313365637fb355dead4637fb355dead5

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib. Bildirib ki, Kamboca Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir. O, Azərbaycanın təşəbbüsü ilə Şəbəkənin yaradılmasına və Bakı şəhərində təşkilatın birinci konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən məmnunluğunu ifadə edərək, göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada keçirdiyi görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı fəaliyyətinin önəmini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

1669315289 637fb35600db7637fb35600db81669313365637fb35600db5637fb35600db6 1669315284 637fb355e9c58637fb355e9c591669313365637fb355e9c55637fb355e9c56 1669315254 637fb355d2f16637fb355d2f171669313365637fb355d2f14637fb355d2f15 1669315299 637fb355c7cfd637fb355c7cfe1669313365637fb355c7cfa637fb355c7cfb 1669315239 637fb355bc926637fb355bc9271669313365637fb355bc924637fb355bc925 1669315288 637fb355ae139637fb355ae13a1669313365637fb355ae135637fb355ae137

Paylaş: