Eyyubun “Kişilər günü” konserti qalmaqal yaratdı – FOTO

Eyyubun “Kişilər günü” konserti qalmaqal yaratdı - FOTO

Xalq artisti Eyyub Yaqubov 23 fevralda “Kişilər günü” adlı konsert verəcək.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, konsertin elanı sosial şəbəkələrdə yayılıb.

“Xanımlara bəysiz giriş qadağandır”, – təqdimat çarxında qeyd olunub.

Xalq artistinin 23 fevralı “Kişilər günü” adlandırması sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Qeyd edək ki, 23 fevral keçmiş SSRİ-də Sovet ordusu və Hərbi Dəniz Donanması Günü kimi qeyd olunurdu. 1992-ci ildə Rusiyada bu bayramın adı “Vətən Müdafiəsi Günü”nə dəyişdirilib.

Yəni hazırda 23 fevral Rusiyanın Müdafiəsi Günüdür.

Azərbaycanda “Kişilər günü” kimi qəbul edilən Ordu Günü 26 iyundadır.

Eyyubun “Kişilər günü” konserti qalmaqal yaratdı - FOTO