“Rusiya güclü dövlət kimi mövqeyini möhkəmləndirir və heç kim onu təcrid edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, Rusiya rəqabətədavamlı və güclü dövlət kimi öz mövqeyini möhkəmləndirir:
“21-ci əsrin Rusiyası rəqabətədavamlı və güclü dövlət kimi liderlik mövqeyini qoruyub saxlayır. O, təcavüzə və xarici təzyiqlərə tab gətirir. Odur ki, heç kimə bizi təcrid etməyə imkan verməyəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az