65c4e10f765f265c4e10f765f3170740148765c4e10f765ef65c4e10f765f1

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, görüşlərdə Milli Məclisin sədri prezident seçkilərini müşahidə etdikləri üçün minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçkilər ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.

Sahibə Qafarova qeyd edib ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkiləri beynəlxalq qaydalara uyğun təşkil olunub. Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkilərinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkilərin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

Rusiya Federasiyası Federal Şurasının komitə sədri Qriqori Karasin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinin səsvermə günü bir sıra seçki məntəqələrində prosesi canlı şəkildə izlədiklərini bildirib. Seçicilərin yüksək fəallıq nümayiş etdirməsi hər birimizdə bu seçkilərlə bağlı yalnız müsbət rəy yaradıb.

Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Valeri Belski də prezident seçkilərinin ölkə qanunvericiliyinə, demokratik norma və prinsiplərə uyğun keçirildiyini, seçicilərin tam olaraq azad şəkildə səs vermələrinin təmin edildiyini bildirib. Onun sözlərinə görə, müşahidəçilər proses zamanı hər hansı qanun pozuntusu aşkar etməyib. Valeri Belski Belarus nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizdə də olduqlarını və əsl seçki bayramı müşahidə etdiklərini vurğulayıb.

65c4e10f5b2ca65c4e10f5b2cb170740148765c4e10f5b2c665c4e10f5b2c8 65c4e10f4874365c4e10f48744170740148765c4e10f4873f65c4e10f48742 65c4e10f34fdf65c4e10f34fe0170740148765c4e10f34fdc65c4e10f34fde 65c4e10f1e99a65c4e10f1e99b170740148765c4e10f1e99865c4e10f1e999

Paylaş: