WhatsApp Image 2024 02 07 at 11.39.14 3

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83,30 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80 % olub.

Qeyd edək ki, respublika üzrə 4971032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.

Paylaş: