lachin gorush2

Fevralın 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi və partiyanın baş katibi Yaşar Kələntərli, prezidentliyə namizədin vəkilləri – BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Ali Məclis sədrinin müavini Faiq İsmayılov Laçında seçicilərlə görüşüblər.

Globabalinfo.az xəbər verir ki, görüşdə Qüdrət Həsənquliyevin tərcümeyi-halı, keçdiyi yol, siyasi baxışları və seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib.

BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb.

Paylaş: