cc842ad80b958fcc08ef3cf5d624fd9c

“Yaxın Şərq hər an partlamağa hazır olan bir qazandır”.

Globalinfo.az xəbər verir ki, bu fikiri Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell fikir səsləndirib:

“Biz dəfələrlə təkrar edirik ki, Yaxın Şərq partlaya biləcək bir qazandır. Həm Livanla sərhəddə, həm Suriyada, həm İraqda, həm də Qırmızı dənizdə hücumlar baş verir. Buna görə də biz hamını eskalasiyadan qaçmağa çağırırıq”.

Borrellin sözlərinə görə, regiondakı vəziyyət “domino effekti”ni xatırladır:

“Biz Yaxın Şərqdə kritik vəziyyətlə üz-üzəyik. Qəzzada müharibə davam edərkən, Qırmızı dənizdə vəziyyətin yaxşılaşacağına inanmaq çox çətindir. Çünki bütün proseslər bir-biri ilə bağlıdır. Bu, “domino effekti”ni xatırladır.

Qeyd edək ki, İordaniyadakı Amerika bazasına PUA hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb. Buna cavab olaraq ABŞ Suriya və İraqda İranyönlü qüvvələrin 85 hədəfinə hücumlar təşkil edib.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, ABŞ-ın Suriyaya hava hücumları nəticəsində ən azı 18 İran tərəfdarı  öldürülüb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: